Son dəqiqə

ABŞ media Donald Tramp FCC Federal Rabitə Komissiyası Danielle Tuman Severs Brendan Karr

ABŞ Prezidenti media tənzimləyicisinə yeni təyinat planlaşdırır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Federal Rabitə Komissiyasında (FCC) boş yerlərdən birinə qurumun yüksək vəzifəli hüquqşünası Danielle Tuman Seversi namizəd göstərib.

TurkicWorld xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, hazırda FCC sədri Brendan Karrın baş hüquq müşaviri vəzifəsində çalışan Severs komissiyanın beş üzvdən ibarət tərkibində vakant yerlərdən birini tutmaq üçün irəli sürülüb.

Namizədlik Tramp administrasiyasının ABŞ yayımçılarına münasibətdə daha sərt mövqe nümayiş etdirdiyi bir dövrə təsadüf edir.

Tramp son aylarda tənqid etdiyi xəbər və əyləncə proqramlarını efirdən çıxarmağa çağırıb və bəzi televiziya yayımçılarının lisenziyalarının ləğv edilməsini tələb edib.

ABŞ Prezidenti həmin media qurumlarının qərəzli və ədalətsiz fəaliyyət göstərdiyini iddia edib.

Federal Rabitə Komissiyası ölkədə televiziya, radio, kabel, peyk və telekommunikasiya sektorunun fəaliyyətinə nəzarət edən müstəqil tənzimləyici qurumdur.

Danielle Tuman Seversin FCC üzvlüyü Senat tərəfindən təsdiqlənərsə, komissiyanın qərarlarının formalaşmasında iştirak edəcək.

Mövzuya görə xəbərlər