BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətər Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə hücumunu pisləyərək, krallığın təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımlara dəstəyini ifadə edib.
TurkicWorld xəbər verir ki, Qətər XİN-in yaydığı bəyanatda mülki şəxslərin hədəfə alınmasının qəti şəkildə rədd edildiyi bildirilib.
Nazirlik hücumların mülki əhalinin təhlükəsizliyini təhdid etdiyini vurğulayaraq, bu cür addımların qəbuledilməz olduğunu qeyd edib.
Bəyanatda Qətərin Səudiyyə Ərəbistanının təhlükəsizliyini, sabitliyini və suverenliyini dəstəklədiyi bildirilib.
Doha həmçinin krallığın husilərin hücumlarına cavab olaraq həyata keçirdiyi tədbirlərlə həmrəy olduğunu bəyan edib.
Qətər rəsmiləri regionda gərginliyin daha da artmaması üçün təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Husilər isə bundan əvvəl Nəcran bölgəsinə hücum etdiklərini təsdiqləmiş və Səudiyyə Ərəbistanını hədələyən bəyanatlar səsləndirmişdilər.







