Son dəqiqə

ABŞ Yəmən Yaxın Şərq Husilər Yəhya Səri ABŞ səfirliyi Mərib Hədrəmaut

ABŞ səfirliyi husilərin Mərib və Hədrəmautdakı hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın Yəməndəki səfirliyi husilərin Mərib və Hədrəmaut vilayətlərində həyata keçirdiyi hücumları qətiyyətlə pisləyərək onları "qorxaq hücumlar" adlandırıb.

TurkicWorld xəbər verir ki, ABŞ səfirliyi bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

Bəyanatda hücumlar zamanı həlak olan Yəmən hərbçilərinin ailələrinə başsağlığı verilib.

Səfirlik həyatını itirən hərbçiləri "cəsur Yəmən əsgərləri" adlandıraraq onların xidmətini yüksək qiymətləndirib.

ABŞ diplomatik missiyası bildirib ki, son hücumlar Yəmən xalqına qarşı terrorun növbəti nümunəsidir.

Bəyanatda vurğulanıb ki, bu cür hücumlar ölkədə sabitliyin və təhlükəsizliyin bərpası istiqamətində göstərilən səylərə zərbə vurur.

Səfirlik hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb və hücumun nəticələri barədə yeni məlumat verməyib.

Husilər isə bundan əvvəl Mərib və Hədrəmautdakı hərbi düşərgələrə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini təsdiqləmişdilər.

Mövzuya görə xəbərlər