BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəmən sahilləri yaxınlığında üzən bir gəminin yaxınlığında güclü partlayış qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Yəmənin Ədən şəhərindən təxminən 95 dəniz mili (176 kilometr) cənub-şərqdə baş verib.
UKMTO bildirib ki, gəmi heyəti yaxınlıqda güclü partlayış səsi eşitdiklərini xəbər verib.
Qurumun açıqlamasına əsasən, gəmidə olan bütün ekipaj üzvlərinin yeri müəyyən edilib və onların təhlükəsiz olduğu təsdiqlənib.
Hadisənin səbəbi və partlayışın mənbəyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.







