Son dəqiqə

İran ABŞ İraq Sepah ABŞ Maliyyə Nazirliyi Fly Baghdad

Vaşinqton SEPAH-la əlaqəli sanksiyalar siyahısını yeniləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğunu bildirdiyi İraq aviaşirkəti və bir neçə təyyarəyə qarşı tətbiq olunan terrorizmlə mübarizə çərçivəsindəki sanksiyaları ləğv edib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunub.

Nazirliyin açıqladığı siyahıda sanksiyaları ləğv edilən aviaşirkətlərdən biri kimi Fly Baghdad göstərilib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi SEPAH və ya daha əvvəl sanksiya tətbiq edilmiş aviaşirkətlə əlaqəli olduqları bildirilən iki İraq vətəndaşını da sanksiyalar siyahısından çıxarıb.

Vaşinqton sanksiyaların ləğvinin səbəbi ilə bağlı əlavə məlumat verməyib.

Mövzuya görə xəbərlər