Son dəqiqə

İran ABŞ Con Bolton Yaxın Şərq Hörmüz boğazı Fars Körfəzi Dəniz hüququ

ABŞ-ın sabiq rəsmisi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton İranın Hörmüz boğazı üzərində nəzarəti gücləndirməyə çalışdığını və bunun beynəlxalq dəniz hüququ üçün təhlükə yaratdığını bildirib.

TurkicWorld xəbər verir ki, Bolton bu barədə Al Jazeera telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq su yoludur və bütün kommersiya gəmilərinin sərbəst keçid hüququ təmin edilməlidir.

"İranın etməyə çalışdığı şey Hörmüz boğazı üzərində hegemonluq yaratmaqdır", – deyə Bolton bildirib.

Sabiq müşavir vurğulayıb ki, bu, ABŞ üçün dənizlərin sərbəst istifadəsi prinsipinin pozulması deməkdir.

Bolton əlavə edib ki, Fars körfəzi ərəb ölkələri üçün də belə bir vəziyyət qəbuledilməzdir, çünki bu halda onların təhlükəsizliyi və iqtisadi maraqları Tehranın qərarlarından asılı vəziyyətə düşə bilər.

Mövzuya görə xəbərlər