Son dəqiqə

İsrail ABŞ Roma Livan Yaxın Şərq Hizbullah Danışıqlar

Roma Livan və İsrail arasında yeddinci danışıqlar raunduna ev sahibliyi edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İtaliyanın paytaxtı Romada ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail nümayəndə heyətləri arasında birbaşa danışıqların yeddinci raunduna start verilib.

TurkicWorld xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, danışıqlarda hər iki tərəfin nümayəndə heyətləri iştirak edir və əsas müzakirə mövzusu iyun ayında ABŞ-nin vasitəçiliyi ilə imzalanmış çərçivə sazişinin icrası ilə bağlı məsələlərdir.

İtaliyanın ANSA agentliyi və İsrail mətbuatı da danışıqların başladığını təsdiqləyib.

Xatırladaq ki, Roma iyunun 14-də altıncı danışıqlar raunduna ev sahibliyi etmişdi. Bundan əvvəl Vaşinqtonda keçirilən beş raundun nəticəsi olaraq iyunun 26-da tərəflər arasında çərçivə sazişi imzalanıb.

Saziş İsrail qoşunlarının işğal altında saxladığı bütün Livan ərazilərindən mərhələli şəkildə çıxarılmasını, bunun müqabilində isə Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsini və silahlı qrupların, o cümlədən "Hizbullah"ın tərksilah edilməsini nəzərdə tutur.

Danışıqlar Livanın cənub sərhədində gərginliyin davam etdiyi, İsrail ordusunun isə bölgədə evlərin və digər tikililərin sökülməsi, partlayışlar və ərazilərin təmizlənməsi əməliyyatlarını davam etdirdiyi bir vaxta təsadüf edir.

Mövzuya görə xəbərlər