Son dəqiqə

Səudiyyə Ərəbistanı Yəmən Husilər Qırmızı dəniz Neft tankerləri Ədən körfəzi Bəbülməndəb boğazı

Altı Səudiyyə neft tankeri Ədən körfəzində marşrutunu dəyişib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanı bayrağı altında üzən altı supertanker Yəməndəki husilərin Səudiyyə gəmilərini hədəfə almaq hədələrindən sonra Ədən körfəzində marşrutunu dəyişərək Cənubi Afrika istiqamətinə üz tutub.

TurkicWorld xəbər verir ki, Reuters agentliyinin istinad etdiyi gəmi izləmə məlumatlarına görə, Asiyadan boş qayıdan tankerlər Bəbülməndəb boğazı və Qırmızı dənizin cənub hissəsindən keçmək əvəzinə Cənubi Afrika marşrutunu seçiblər.

LSEG və MarineTraffic sistemlərinin məlumatına əsasən, gəmilər Cənubi Afrika istiqamətində eyni marşrut üzrə hərəkət edirlər.

Son həftələrdə husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən və Səudiyyə gəmilərinə hücumlar həyata keçirdikdən sonra Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklər artıb.

Məlumata görə, bu vəziyyət beynəlxalq ticarət daşımalarına əlavə təhdid yaradıb və neft qiymətlərinin yüksəlməsinə təsir göstərib.

Husi hərəkatı isə bu addımların Səudiyyə Ərəbistanının nəzarətində olmayan Yəmən ərazilərinə tətbiq etdiyi mühasirəyə cavab olduğunu bildirir.

Mövzuya görə xəbərlər