BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çinin Fələstindəki nümayəndəliyinin rəhbəri Sun Jen Pekinin müstəqil Fələstin dövlətinin yaradılmasına dəstəyinin dəyişməz qaldığını bəyan edib.
TurkicWorld xəbər verir ki, Fələstinin WAFA agentliyinin məlumatına görə, Sun Jen Çinin humanitar və inkişaf yardımlarını davam etdirməyə, həmçinin Çin–Fələstin münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa hazır olduğunu bildirib.
Ramallah şəhərindəki Çin səfirliyində keçirilən mətbuat konfransında çıxış edən diplomat Fələstin rəhbərliyi ilə görüşləri zamanı Fələstin xalqının üzləşdiyi çətinliklərin və ədalətsizliklərin miqyasının şahidi olduğunu deyib.
Sun Jen vurğulayıb ki, Çin Fələstinlə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində səylərini davam etdirəcək.
O qeyd edib ki, bu il Çin ilə Fələstin arasında strateji tərəfdaşlığın qurulmasının üçüncü ildönümüdür və bu münasibətlərin inkişafı Pekin üçün mühüm əhəmiyyət daşıyır.







