BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ordusu İranın Hörmüz boğazının bağlanması ilə bağlı iddialarını təkzib edərək, beynəlxalq dəniz yolunun kommersiya gəmilərinin hərəkəti üçün açıq olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yaydığı açıqlamada İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatının həqiqəti əks etdirmədiyini qeyd edib.
Açıqlamada vurğulanıb ki, Hörmüz boğazı kommersiya gəmilərinin hərəkəti üçün açıq qalır və İran bu beynəlxalq dəniz yoluna nəzarət etmir.
CENTCOM-un məlumatına görə, son dörd ay ərzində minlərlə gəmi bu beynəlxalq su yolundan maneəsiz keçib.
Bundan əvvəl İran Hörmüz boğazını tərk etməyə çalışan iki gəmini dayandırdığını, həmçinin hərbi qüvvələrinin müdaxiləsindən sonra daha dörd neft tankerinin marşrutunu dəyişərək geri qayıtdığını iddia etmişdi.
ABŞ ordusu isə bu iddiaları təsdiqləməyərək, boğazda gəmiçiliyin normal qaydada davam etdiyini bildirib.







