BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana məxsus aktivlərin bütün dünyada müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Skott Bessent jurnalistlərə açıqlamasında ABŞ-ın İranın aktivlərini dünyanın müxtəlif ölkələrində axtardığını deyib.
Nazirin sözlərinə görə, həmin vəsaitlər son nəticədə İran xalqının istifadəsinə yönəldiləcək.
Bessent bu prosesin necə həyata keçiriləcəyi və hansı aktivlərin nəzərdə tutulduğu barədə əlavə məlumat verməyib.
Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərə və yüklərə dəyən zərərin ödənilməsi üçün dondurulmuş İran aktivlərindən istifadə ediləcəyini bildirmişdi.
Həmin açıqlama Tehranın sərt etirazı ilə qarşılanmışdı.







