Son dəqiqə

İran ABŞ Donald Tramp Müharibə ictimai rəy sorğusu

Amerikalıların üçdə ikisi İranla müharibəni mənasız hesab edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-da keçirilən yeni ictimai rəy sorğusu göstərib ki, ölkə əhalisinin böyük əksəriyyəti İranla müharibənin aparılmasını məqsədəuyğun hesab etmir.

TurkicWorld xəbər verir ki, sorğu "Associated Press" agentliyi və bitərəf tədqiqat təşkilatı NORC tərəfindən keçirilib. Nəticələrə əsasən, amerikalıların təxminən üçdə ikisi İranla müharibənin buna dəymədiyini düşünür.

Sorğuda Demokratlar və müstəqil seçicilərin böyük əksəriyyəti bu mövqeni dəstəkləyib. Respublikaçılar arasında isə respondentlərin təxminən 37 faizi müharibənin məqsədəuyğun olmadığını bildirib.

Sorğu iyulun 23–27-də, təxminən iki həftə davam edən gərginlikdən sonra döyüşlərdə yaranmış qısa fasilə dövründə keçirilib.

Araşdırmanın nəticələrinə görə, ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə dəstək səviyyəsi də təxminən 33 faiz təşkil edib.

Bu göstərici Trampın ilk prezidentlik dövrünün eyni mərhələsində qeydə alınan reytinqdən bir qədər aşağı qiymətləndirilir.

Mövzuya görə xəbərlər