Son dəqiqə

ABŞ Misir Yaxın Şərq pilotsuz uçuş aparatı Dəmiyət limanı Qaz tankeri Ambrey

Misirin Dəmiyət limanında qaz tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Misirin Aralıq dənizi sahilində yerləşən Dəmiyət limanında ABŞ-a məxsus qaz saxlama tankerinə pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkəti məlumat yayıb.

TurkicWorld xəbər verir ki, Ambrey-in açıqlamasına görə, hücum nəticəsində ABŞ-a məxsus qaz saxlama tankeri zərər görüb. Hadisənin məsuliyyətini hələlik heç bir qrup öz üzərinə götürməyib.

Liman xidmətləri göstərən Inchcape şirkəti isə Dəmiyət limanında iki qaz tankerində yanğın baş verdiyini bildirib. Yanğının miqyası, zərərin həcmi və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Misir hakimiyyəti hadisə ilə bağlı ətraflı açıqlama verməyib. Hücumun səbəbləri və istifadə olunan pilotsuz uçuş aparatının mənşəyi də hələlik məlum deyil.

Hadisə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bir dövrə təsadüf edir. Məlumatlar hazırda əsasən dəniz təhlükəsizliyi və liman xidmətləri şirkətlərinin açıqlamalarına əsaslanır və araşdırmalar davam edir.

Mövzuya görə xəbərlər