Son dəqiqə

İran ABŞ Yaxın Şərq Sepah Hörmüz boğazı Neft tankerləri

Hörmüz boğazında üç neft tankeri dayandırılıb - SEPAH

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında üç neft tankerinin hədəfə alındığını və dayandırıldığını açıqlayıb. Bildirilir ki, gəmilər əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

TurkicWorld xəbər verir ki, İranın Tasnim agentliyinin yaydığı məlumata əsasən, SEPAH-ın bəyanatında tankerlərin adları, hansı ölkəyə məxsus olduqları, hadisənin dəqiq baş verdiyi yer və iddia olunan qayda pozuntularının mahiyyəti açıqlanmayıb.

Bəyanatda qeyd olunub ki, İran daha əvvəl Omanın sahilləri boyunca təklif edilən cənub marşrutunu qəbul etmədiyini bəyan edib.

SEPAH həmçinin bildirib ki, ABŞ-ın "qanunsuz müdaxilələri və göstərişləri" bölgədə fəaliyyət göstərən gəmilər tərəfindən cavabsız qalmayacaq.

ABŞ tərəfi və gəmi sahibləri SEPAH-ın iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzuya görə xəbərlər