Son dəqiqə

İran ABŞ Donald Tramp Yaxın Şərq Diplomatiya ABŞ-İran münasibətləri Pickaxe dağı

Tramp İranla bağlı hansı yeni xəbərdarlığı səsləndirib?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Pickaxe dağı da daxil olmaqla bir sıra hədəflərə zərbə endirilə biləcəyini bildirib. O, eyni zamanda İranla aparılan danışıqların müsbət keçdiyini də qeyd edib.

TurkicWorld xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində İranla "yaxşı danışıqlar" aparıldığını söyləyib. ABŞ Prezidenti "Pickaxe dağı böyük problem deyil. Hazırda İran qarşısında çox güclü mövqedəyik", - deyə bildirib.

Tramp həmçinin İranın elektrik stansiyaları və körpüləri kimi mülki infrastruktur obyektlərinə zərbə endirmək istəmədiyini vurğulayıb. "Mən bunu etmək niyyətində deyiləm", - deyə ABŞ Prezidenti bildirib.

Bununla yanaşı, Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Pickaxe dağı və digər obyektlərin hədəfə alına biləcəyi barədə əvvəlki xəbərdarlıqlarını bir daha təkrarlayıb.

İran tərəfi Trampın son açıqlamalarına münasibət bildirməyib.

Mövzuya görə xəbərlər