BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-də keçirilən yeni ictimai rəy sorğusunun nəticələrinə görə, amerikalıların böyük əksəriyyəti İranla davam edən müharibənin Donald Tramp administrasiyasının gözlədiyindən daha mürəkkəb olduğunu hesab edir.
TurkicWorld xəbər verir ki, CBS News və YouGov tərəfindən iyulun 22–24-də keçirilən sorğuda iştirak edənlərin 76 faizi müharibənin gözləniləndən daha çətin keçdiyini bildirib. Respondentlərin 20 faizi hadisələrin gözlənildiyi kimi inkişaf etdiyini, 4 faizi isə münaqişənin gözləniləndən daha asan keçdiyini düşündüyünü ifadə edib.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 58 faizi davam edən münaqişə ilə bağlı özünü qeyri-müəyyən hiss etdiyini, 57 faizi isə vəziyyətdən məyus olduğunu bildirib. Bundan əlavə, respondentlərin 36 faizi bədbin olduğunu, cəmi 19 faizi isə nikbin baxışa malik olduğunu qeyd edib.
Sorğuda iştirak edənlərin yalnız 22 faizi İranın mövcud münaqişədə daha üstün mövqedə olduğunu düşündüyünü bildirib.
Sorğunun metodologiyası, iştirakçıların ümumi sayı və mümkün statistik xəta həddi təqdim olunan məlumatda açıqlanmayıb.







