Son dəqiqə

Fələstin İsrail Qəzza Yaxın Şərq Humanitar böhran atəşkəs hərbi əməliyyat Qəzza Səhiyyə Nazirliyi

Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında son 48 saat ərzində İsrailin həyata keçirdiyi hücumlar nəticəsində azı 6 fələstinli həlak olub, daha 37 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlər arasında əvvəllər aldıqları yaralardan həyatını itirən iki nəfər də var.

Nazirlik bildirib ki, xilasedici qruplar dağıntılar altında qalan və ya yolların bağlanması səbəbindən əlçatmaz ərazilərdə qalan digər zərərçəkənlərə hələ də çata bilmirlər.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəsdən sonra indiyədək 1 191 nəfər həlak olub, 3 853 nəfər yaralanıb.

Bundan əlavə, dağıntılar altından 803 nəfərin meyitinin çıxarıldığı bildirilib.

Qəzza zolağında humanitar vəziyyətin ağır olaraq qaldığı, axtarış-xilasetmə və tibbi yardım işlərinin davam etdiyi qeyd edilir.

Mövzuya görə xəbərlər