Son dəqiqə

İran ABŞ Yaxın Şərq hava zərbəsi Bayatı-Şiraz Fars Körfəzi ABŞ-İran qarşıdurması Müharibə

ABŞ Şiraza hava zərbəsi endirib - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın Fars vilayətinin rəsmisi ABŞ tərəfindən Şiraz şəhərinə hava zərbəsi endirildiyini açıqlayıb. Bildirilib ki, hücum nəticəsində itki qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.

TurkicWorld xəbər verir ki, İranın dövlət yayımçısı İRİB-in məlumatına görə, Fars vilayətinin qubernator müavini ABŞ qüvvələrinin Şiraz şəhərinin ərazilərindən birinə hava zərbəsi endirdiyini bildirib.

Rəsmi açıqlamada hücum nəticəsində ölən və yaralanan olmadığı qeyd edilib. Bildirilib ki, hadisədən sonra vəziyyət nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.

Şiraz İranın cənubunda yerləşən mühüm şəhərlərdən biridir və Fars vilayətinin inzibati mərkəzi hesab olunur. Şəhər həm tarixi, həm də iqtisadi baxımdan ölkənin əhəmiyyətli bölgələrindən biridir.

ABŞ tərəfi Şiraz şəhərinə zərbə endirilməsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bölgədə ABŞ və İran arasında qarşılıqlı hücumlar fonunda hərbi gərginlik davam edir.

Mövzuya görə xəbərlər