Son dəqiqə

İran ABŞ Küveyt Bəhreyn Yaxın Şərq Sepah Əl-Saxir hava limanı Ərifcan bazası

SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) donanmasının Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə qarşı eyni vaxtda üç hücum həyata keçirdiyini və ciddi dağıntılar yaratdığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, İranın dövlət xəbər agentliyi İRNA-nın yaydığı bəyanatda SEPAH ABŞ-a məxsus obyektlərin hədəfə alındığını bildirib. Açıqlamada Bəhreyndəki Əl-Saxir hava limanında yerləşən “pilotsuz uçuş aparatlarının texniki xidmət və təmir obyektlərinə” zərbə endirildiyi və həmin obyektlərin dağıdıldığı iddia olunub.

SEPAH həmçinin Bəhreyndəki Salman limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin 59-cu tapşırıq qrupuna aid gəmilər üçün hazırlıq obyektlərinin hədəfə alındığını və nəticədə ciddi zərər dəydiyini bildirib.

İran tərəfi Küveytdə yerləşən Ərifcan bazasında Dəniz Xüsusi Təyinatlı Qüvvələrinə aid obyektlərin yandırıldığını və tamamilə məhv edildiyini iddia edib.

Bəyanatda ABŞ Prezidenti Donald Trampın İranın raket və pilotsuz uçuş aparatı ehtiyatlarının azaldığı barədə açıqlamaları da tənqid olunub. SEPAH bildirib ki, müharibə bir neçə il davam edərsə, İranın son günə qədər kifayət qədər silaha malik olacağı iddia edilir.

ABŞ və Körfəz ölkələri SEPAH-ın açıqlamalarına dair hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər