Son dəqiqə

İran ABŞ Suriya CENTCOM ABŞ hərbçiləri Ət-Tənf

CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Suriyada amerikalı hərbçilərin öldürülməsi ilə bağlı iddialarını təkzib edib.

TurkicWorld xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı açıqlamada son hadisələr zamanı regionda heç bir ABŞ hərbçisinin öldürülmədiyi və ya əsir götürülmədiyi bildirilib.

İran daha əvvəl Suriya–İordaniya sərhədində yerləşən Ət-Tənf hərbi bazasında xidmət edən ABŞ hərbçilərinin öldürüldüyünü iddia etmişdi.

CENTCOM isə bu məlumatın həqiqəti əks etdirmədiyini vurğulayaraq, ABŞ qüvvələri arasında itki və ya əsir götürülmə faktının qeydə alınmadığını açıqlayıb.

Suriya hökuməti də İranın Ət-Tənf bazasına hücum etdiyi barədə iddiaları təkzib edib.

Rəsmi Dəməşqin məlumatına görə, ABŞ qüvvələri Ət-Tənf bazasını hələ bu ilin fevral ayında tərk edib və həmin bazaya İran tərəfindən hər hansı hücum həyata keçirilməyib.

İran tərəfi CENTCOM və Suriya hökumətinin açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər