Son dəqiqə

İran İraq Məsrur Bərzani Kürd Regional Hökuməti KRG Kürdüstan

İraq Kürd Regional Hökuməti İranın hücumlarının dərhal dayandırılmasını tələb edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraq Kürd Regional Hökuməti (KRG) İranın bölgəyə qarşı həyata keçirdiyi hücumları pisləyərək gərginliyin dərhal dayandırılmasına çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Kürd Regional Hökumətinin baş naziri Məsrur Bərzaninin ofisinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda İran İslam Respublikasının Kürdüstan regionuna qarşı həyata keçirdiyi hücumlar "əsassız" adlandırılıb və qətiyyətlə pislənib.

KRG bildirib ki, bölgədə hərbi gərginliyin artması İraqın sabitliyi və regional təhlükəsizlik üçün ciddi risk yaradır.

Rəsmi Ərbil bütün tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə və hərbi eskalasiyaya dərhal son qoymağa çağırıb.

Bəyanatda münaqişələrin dialoq və beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyi vurğulanıb.

İran tərəfi Kürd Regional Hökumətinin bəyanatına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər