Son dəqiqə

İran ABŞ Xarici İşlər Nazirliyi İsmayıl Bəqai Danışıqlar Öhdəliklər beynəlxalq razılaşma

Hazırda ABŞ ilə danışıqların keçirilməsi planlaşdırılmır - İsmayıl Bəqai

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi hazırda ABŞ ilə yeni danışıqların keçirilməsinin gündəmdə olmadığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Tehranın əsas diqqəti ölkənin müdafiəsinin təmin edilməsinə yönəlib.

Onun sözlərinə görə, İran yalnız qarşı tərəf öz öhdəliklərinə əməl etdiyi halda beynəlxalq razılaşmalardakı öhdəliklərini yerinə yetirəcək.

İsmayıl Bəqai bildirib ki, İranın öhdəlikləri digər tərəfin də razılaşmalara sadiq qalması şərti ilə qüvvədədir.

O qeyd edib ki, ABŞ müvəqqəti razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İran da həmin anlaşma çərçivəsində öz öhdəliklərinin icrasını dayandırıb.

Sözçünün sözlərinə görə, qarşı tərəf razılaşmanı pozduqdan sonra Tehran da öhdəliklərin icrasını tələb olunan sahələr üzrə dayandırmaq qərarı verib.

İran rəsmisi ABŞ ilə gələcək mümkün danışıqların vaxtı və şərtləri barədə əlavə məlumat verməyib.

Mövzuya görə xəbərlər