BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ordusu İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində dəniz nəzarət qülləsinə zərbə endirib.
TurkicWorld xəbər verir ki, hücum ABŞ-ın İrana qarşı başladığı növbəti gündüz əməliyyatları çərçivəsində həyata keçirilib.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı gecə saatlarında onlarla hərbi hədəfə zərbələr endirdiyini açıqlayıb. Bundan sonra isə əməliyyatlar gündüz saatlarında da davam etdirilib.
Müşahidəçilər bildirirlər ki, gündüz saatlarında hücumların davam etdirilməsi Vaşinqtonun hərbi əməliyyatların intensivliyini artırdığını göstərən qeyri-adi addım hesab olunur.
ABŞ tərəfi Çabaharda vurulan obyektin İranın dəniz fəaliyyətinə nəzarət üçün istifadə olunan infrastrukturun bir hissəsi olduğunu bildirib.
Hücum nəticəsində dəyən zərərin miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
İran rəsmiləri isə ABŞ-ın Çabahara endirdiyi zərbə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.







