Son dəqiqə

İsrail Qəzza HƏMAS Qəssam Briqadaları Nuxba bölməsi Əli Şəmləx Nasir Luah

Qəssam briqadalarının iki komandiri əməliyyat zamanı öldürülüb - İsrail

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-ın silahlı qanadı olan Qəssam briqadalarının xüsusi təyinatlı bölməsinə məxsus iki komandirin öldürüldüyünü açıqlayıb.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata əsasən, çərşənbə axşamı gecəsi keçirilən əməliyyat zamanı xüsusi təyinatlı "Nuxba" bölməsinin komandirləri Əli Şəmləx və Nasir Luah öldürülüb.

Məlumatda bildirilir ki, hər iki şəxs Qəzza zolağının şimalında İsrail hərbçilərinə qarşı fəaliyyət göstərirdi.

İsrail ordusu onların bölgədə xidmət aparan hərbi qüvvələr üçün "birbaşa təhlükə" yaratdığını iddia edib.

Əməliyyatın hansı şəraitdə həyata keçirildiyi və hücum zamanı başqa itkilərin olub-olmaması barədə əlavə məlumat verilməyib.

HƏMAS tərəfi isə İsrail ordusunun açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.

Bölgədə hərbi əməliyyatlar davam edir və tərəflər arasında qarşıdurma nəticəsində itkilərin sayı artmaqda davam edir.

Mövzuya görə xəbərlər