Son dəqiqə

İran Bəhreyn Raket hücumu Manama humanitar hüquq mülki əhali Dron hücumu

İranın raket və dron hücumları dəf edildi - Bəhreyn

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Bəhreyn müdafiə qüvvələri bu gün səhər İran tərəfindən həyata keçirilən bir neçə hava hücumunu dəf etdiklərini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Manama hücumları mülki şəxsləri hədəf aldığı üçün “mənfur” və “beynəlxalq humanitar hüququn açıq pozuntusu” adlandırıb.

Bəhreyn vətəndaşlarını şübhəli və ya yad əşyaların yaxınlığından çəkinməyə çağırıb.

Nazirlik bildirib ki, bütün hərbi qüvvələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və vətəndaşların təhlükəsizliyini qorumaq üçün tədbirlər görülür.

Hücumların qarşısının alınması Bəhreynin hava hücumlarına qarşı müdafiə sistemlərinin effektivliyini nümayiş etdirir.

Mövzuya görə xəbərlər