BAKI,TurkicWorld,Yusif Şərifzadə
Tehran Universitetinin analitiki Məhəmməd Eslami İranın Hörmüz boğazındakı mövqeyinin region təhlükəsizliyi baxımından vacib olduğunu bildirib. O, İranın bu strateji su yolundan düşmənlərinin istifadə etməsinə icazə verməyəcəyini deyib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Eslami İranın qonşu ölkələrə qarşı həyata keçirdiyi hücumların ABŞ-ın həmin ərazilərdən İrana qarşı zərbələr endirməsi ilə əlaqəli olduğunu iddia edib.
Eslami bildirib ki, İranın özünü ABŞ hücumlarından müdafiə etdiyini və bəzi qonşu ölkələrin ərazilərində ABŞ hərbi bazalarının yerləşdiyini qeyd edib.
Onun sözlərinə görə, İran Hörmüz boğazının açıq qalmasını istəyir, lakin bu su yolundan istifadə qaydalarının müəyyənləşdirilməsində öz mövqeyinin nəzərə alınmasını tələb edir.
Analitik bildirib ki, Tehran Hörmüz boğazını qonşu ölkələrlə, eləcə də Avropa və Asiya dövlətləri ilə münasibətləri yenidən qurmaq və İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmaq üçün vasitə kimi görür.
Eslami vurğulayıb ki, İran Hörmüz məsələsindən kənarda qala bilməz və bu su yolundakı mövqeyi nəzərə alınmalıdır.
O əlavə edib ki, İran heç bir rəqib dövlətin Hörmüz boğazından Tehrana qarşı təzyiq yaratmaq məqsədilə istifadə etməsinə imkan verməyəcək.







