Son dəqiqə

İsrail İran ABŞ Yaxın Şərq Oman Körfəz regionu Bədr bin Həməd Əl-Busaydi

“Bu müharibə fəlakətdir” - Oman XİN

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Omanın xarici işlər naziri Bədr bin Həməd Əl-Busaydi ABŞ və İsrailin İrana qarşı müharibəsini tənqid edərək, bu əməliyyatın rəsmi elan edilən məqsədlərinə nail olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Bədr bin Həməd Əl-Busaydi Fransanın “Le Monde” qəzetində dərc olunan məqaləsində İrana qarşı müharibəni “fəlakət” adlandırıb.

O bildirib ki, bu müharibənin Birləşmiş Millətlər Təşkilatının mandatı olmadan həyata keçirildiyini və açıqlanan məqsədlərin heç birinə nail olmadığını qeyd edib.

Omanlı nazir yazıb ki, buna baxmayaraq, əgər bu proses Körfəzdə İranı məhdudlaşdırma siyasəti ilə bağlı uzun illər formalaşmış yanaşmanın dəyişməsinə səbəb olarsa, daha ədalətli və real təhlükəsizlik sisteminin yaranması üçün imkan yarana bilər.

Əl-Busaydi bildirib ki, bu dəyişiklik Körfəz regionunda təxminən yarım əsr ərzində buraxılmış strateji səhvlərin düzəldilməsi baxımından əhəmiyyətli ola bilər.

Oman xarici işlər naziri region üçün ən ciddi təhlükələrin Tehrandan deyil, Tel-Əvivdən qaynaqlandığını düşündüyünü bildirib.

Onun açıqlamaları Körfəz regionunda təhlükəsizlik arxitekturası və ABŞ-İran qarşıdurması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər