Son dəqiqə

İran ABŞ Oman Abbas Əraqçi Məsqət diplomatik danışıqlar

ABŞ Omandakı diplomatik görüşləri həlledici hesab edir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ administrasiyası Omanın paytaxtı Məsqətdə İran və Oman rəsmiləri arasında keçirilən bugünkü görüşləri Vaşinqton ilə Tehran arasında diplomatik səylərin gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirir.

TurkicWorld xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən yayılan məlumata görə, Məsqətdə keçirilən danışıqların ABŞ ilə İran arasında yaranmış böhranın diplomatik yolla həllinə töhfə verəcəyi gözlənilir. Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçı da böhranın siyasi yollarla aradan qaldırılması məqsədilə Omana səfər edib.

Məlumata görə, görüşlərdə əsas diqqət ABŞ ilə İran arasında davam edən gərginliyin azaldılması və tərəflər arasında dialoqun bərpası imkanlarına yönəlib. Oman uzun illərdir hər iki ölkə ilə münasibətlərini qoruyan vasitəçi kimi tanınır.

Rəsmi Vaşinqton hesab edir ki, Məsqətdə aparılan danışıqlar gələcək diplomatik prosesin istiqamətini müəyyən edə və bölgədə gərginliyin azaldılması üçün yeni imkanlar yarada bilər.

Mövzuya görə xəbərlər