Son dəqiqə

İran ABŞ Pakistan Səudiyyə Ərəbistanı Məhəmməd İshaq Dar Feysəl bin Fərhan Al Səud

Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri ABŞ-İran müharibəsini müzakirə ediblər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Tərəflər söhbət zamanı bölgədəki son hadisələri və ABŞ-İran müharibəsi fonunda yaranmış vəziyyəti müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, nazirlər ABŞ ilə İran arasında vasitəçilik səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Onlar gərginliyin azaldılması və bölgədə sabitliyin təmin olunması üçün dialoqun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər hərtərəfli siyasi həllin əldə olunmasının Yaxın Şərqdə uzunmüddətli sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Həmçinin regional təhlükəsizlik və diplomatik səylərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər