Son dəqiqə

Fransa İsrail İran ABŞ Rusiya BMT Təhlükəsizlik Şurası

Rusiya BMT-də Britaniya, Fransa və Almaniyanı İran məsələsinə görə tənqid edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Rusiyanın BMT-dəki nümayəndəsi Böyük Britaniya, Fransa və Almaniyanı ABŞ və İsrailin İrana qarşı zərbələrinə dəstək verməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstigneeva Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı Qərb ölkələrinin İranın mülki infrastrukturuna qarşı hücumlara münasibətini tənqid edib.

Evstigneeva bildirib ki, bəzi Qərb dövlətləri ABŞ və İsrailin addımlarına göz yumur, eyni zamanda İranla bağlı məsələlərdə fərqli yanaşma nümayiş etdirirlər.

Rusiya diplomatı ABŞ və İsrailin İrana qarşı hərəkətlərinə münasibətdə “Qərb dövlətlərinin riyakarlığını” vurğulayaraq, beynəlxalq proseslərdə ikili standartların tətbiq edildiyini iddia edib.

O qeyd edib ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri müəyyən dövlətlərin obyektiv və prosedur reallıqları şübhə altına alma cəhdlərinə şərait yaradır.

Moskvanın bu açıqlaması ABŞ-İran qarşıdurmasının beynəlxalq diplomatik gündəmin əsas mövzularından biri olduğu bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər