BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail qüvvələrinin Qüdsdəki Əl-Əqsa məscidində cümə namazından sonra Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyni saxladığı bildirilir.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, İsrail hərbçiləri Şeyx Məhəmməd Hüseyni cümə xütbəsini söylədikdən və namaza rəhbərlik etdikdən qısa müddət sonra nəzarətə götürüblər.
Yerli mənbələr bildiriblər ki, dini lider məsciddən çıxdıqdan sonra İsrail qüvvələri tərəfindən saxlanılıb.
Hadisənin səbəbi və onun hara aparıldığı barədə hələlik əlavə məlumat verilməyib.
Şeyx Məhəmməd Hüseyn Qüds və Fələstinin ən yüksək dini vəzifəli şəxslərindən biri hesab olunur və Əl-Əqsa məscidinin dini fəaliyyətləri ilə bağlı mühüm rol oynayır.
Onun saxlanılması İsrail-Fələstin gərginliyinin davam etdiyi bir dövrdə baş verib.







