BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi ABŞ-nin son hücumlarda həm hərbi, həm də mülki infrastrukturu hədəfə aldığını bildirib.
TurkicWorld xəbər verir ki, İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ABŞ-ni BMT Nizamnaməsini və İslamabad Anlaşması Memorandumunu pozmaqda ittiham edib.
İrəvani BMT Təhlükəsizlik Şurasının “fəal olmayan mövqeyinin” ABŞ-yə İrana qarşı daha genişmiqyaslı hava zərbələri həyata keçirməyə imkan verdiyini iddia edib.
İran rəsmisinin sözlərinə görə, ABŞ-nin son hücumlarında əvvəlki əməliyyatlarla müqayisədə daha çox məntəqə hədəfə alınıb. O bildirib ki, əvvəlki zərbələr əsasən hərbi obyektlərə yönəldilsə də, son hücumlarda hava limanları, dəmir yolları və mülki təminat infrastrukturu da hədəf olub.
İran tərəfi qeyd edib ki, zərbələr beş vilayətdə yerləşən müxtəlif obyektlərə dəyib.
Açıqlamada Xuzistan vilayətinin Əhvaz şəhərində Buşehr nüvə obyektinin ətraf hissələrinin, eləcə də İranın cənub sahillərində bəzi liman məntəqələrinin zərər gördüyü iddia olunub.







