Son dəqiqə

İran ABŞ təbii qaz Qətər Körfəz ölkələri Enerji təhlükəsizliyi Neft tankerləri

İran Körfəz ölkələrinə və vasitəçilərə açıq mesaj göndərir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-nin Tunisdə keçmiş səfiri Coi Hud ABŞ ilə İran arasında diplomatik prosesin tükəndiyini və Tehran tərəfindən həyata keçirilən hücumların əsas hədəfinin yalnız Vaşinqton olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Coi Hud İranın ticarət gəmilərinə qarşı həyata keçirdiyi hücumlara diqqət çəkərək, bu hadisələrin bir qisminin Qətərə məxsus gəmilərə və ya Qətər nefti, eləcə də mayeləşdirilmiş təbii qazı daşıyan tankerlərə təsir etdiyini qeyd edib.

Onun sözlərinə görə, bu hücumların əsas məqsədi ABŞ-dən daha çox Körfəz ölkələrinə mesaj verməkdir.

Coi Hud bildirib ki, ABŞ Körfəz bölgəsindəki hərbi bazalarda əsasən təlim və hazırlıq fəaliyyəti həyata keçirir və həmin ərazilərdə ABŞ hərbi qüvvələrinin və texnikasının böyük hissəsi yerləşmir.

Ekspertin fikrincə, İranın hücumları xüsusilə Körfəz ölkələrinə və vasitəçilik edən dövlətlərə yönəlmiş siyasi mesaj xarakteri daşıyır.

O qeyd edib ki, Tehran bununla bölgədəki tərəflərə öz mövqeyini nəzərə almaq çağırışı edir.

Mövzuya görə xəbərlər