BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraqın Ərbil şəhərinin şimal-şərqində yerləşən İran kürd müxalif qrupuna məxsus düşərgənin pilotsuz uçuş aparatları ilə hədəfə alındığı bildirilir.
TurkicWorld xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, hücum nəticəsində düşərgəyə bir neçə zərbə endirilib.
İlkin məlumatlara əsasən, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi və zərbələrin hansı məqsədlə endirildiyi barədə rəsmi açıqlama verilməyib.
Hadisə İran, İraq və regiondakı kürd qrupları ilə bağlı gərginliyin davam etdiyi bir dövrdə baş verib.







