Son dəqiqə

İran ABŞ Ankara Küveyt Bəhreyn Donald Tramp İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı

İran Hörmüz boğazı ilə bağlı mövqeyini dəyişməyəcəyini bəyan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Hörmüz boğazına nəzarət məsələsində mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. Bu bəyanat bölgədə baş verən son hərbi qarşıdurmalardan sonra səsləndirilib.

TurkicWorld xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən Şimali Atlantika Müqaviləsi Təşkilatının zirvə toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında Vaşinqton ilə Tehran arasında ötən ay imzalanmış müvəqqəti anlaşmanın artıq qüvvədə olmadığını bildirib.

Tramp İran rəhbərliyini sərt ifadələrlə tənqid edib. Onun sözlərinə görə, Hörmüz boğazında bir neçə gəminin pilotsuz uçuş aparatı ilə vurulmasından sonra vəziyyət daha da gərginləşib.

ABŞ Prezidenti bildirib ki, ABŞ ordusu çərşənbə günü İranın cənubunda yerləşən hədəflərə zərbələr endirib. O iddia edib ki, bu hücumlar İranın həyata keçirdiyi zərbələrdən qat-qat güclü olub.

Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu və İran ordusu Bəhreyn və Küveyt istiqamətində raketlər buraxıb, həmçinin ABŞ-yə məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

İran Xarici İşlər Nazirliyi isə Vaşinqtonu hərbi əməliyyatların dayandırılması, eləcə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı müvəqqəti anlaşmanın şərtlərini pozmaqda ittiham edib.

Mövzuya görə xəbərlər