BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fransa Prezidenti Emmanuel Makron İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələrin iki ölkə arasında qüvvədə olan müvəqqəti anlaşmanın pozulması olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Makron İranın bu hücumları həyata keçirməsini səhv qərar kimi qiymətləndirib.
Fransa Prezidenti bununla belə, İran ilə ABŞ arasında danışıqların davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, diplomatik təmasların dayandırılması nəzərdə tutulmur.
Makron tərəflərin qarşıdurmanı daha da dərinləşdirəcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıb.






