Son dəqiqə

İran ABŞ Ankara Donald Tramp Xark adası hava müşahidə sistemi elektrik stansiyası

İran ABŞ-ın yeni təhdidlərinə necə cavab verəcək?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İrana endirilən son zərbələrin böyük təsir göstərdiyini iddia edib.

TurkicWorld xəbər verir ki, Tramp Ankarada jurnalistlərə açıqlamasında hücumların İranın yenidən qurmağa çalışdığı hava müşahidə sistemlərini sıradan çıxardığını bildirib. O, bu iddiasını təsdiqləyən hər hansı sübut təqdim etməyib.

ABŞ Prezidenti Vaşinqtonun zərurət yaranacağı təqdirdə hücumları daha da genişləndirə biləcəyini deyib. Tramp İranın elektrik enerjisi istehsalı müəssisələrinin və elektrik stansiyalarının da hədəfə çevrilə biləcəyini bildirib.

O, həmçinin duzsuzlaşdırma qurğularının da zərurət yaranarsa vurula biləcəyini söyləyərək, belə addım atmaq istəmədiyini qeyd edib.

Tramp əlavə edib ki, ABŞ İran sahilləri yaxınlığında yerləşən strateji Xark adasına nəzarəti ələ keçirə bilər. Onun sözlərinə görə, İranın bunun qarşısını almaq üçün heç nə edə bilməyəcəyini iddia edib.

Mövzuya görə xəbərlər