Son dəqiqə

İran ABŞ İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı İbrahim Əzizi Milli Təhlükəsizlik Komitəsi

Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi ABŞ-ın Hörmüz boğazında “yeni İran reallığını” tanımalı olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, İbrahim Əzizi bu fikri İran İnqilab Keşikçiləri Korpusunun bölgədə ABŞ-a məxsus 85 hərbi obyektə zərbələr endirdiyini açıqlamasından sonra səsləndirib. Dövlət mediasının məlumatına görə, o, sosial şəbəkədə paylaşım edərək bu addımı ABŞ-ın hərbi təcavüzünə “ilkin cavab” kimi qiymətləndirən bəyanata münasibət bildirib.

İranlı deputat qeyd edib ki, ABŞ üçün başqa yol yoxdur və Vaşinqton Hörmüz boğazında yaranmış yeni vəziyyəti qəbul etməlidir. Onun sözlərinə görə, regionda təhlükəsizlik qaydaları dəyişib və İran öz mövqeyini qəbul etdirmək niyyətindədir.

Açıqlama Hörmüz boğazı ətrafında gərginliyin artdığı və bölgədə hərbi qarşıdurma riskinin yüksəldiyi bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər