Son dəqiqə

İsrail Livan hava hücumu Məcburi köçkünlər yaşayış evləri Bint Cübeyl Qunin

İsrail Livanın cənubunda yaşayış evlərini bombalayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubundakı Bint Cübeyl rayonunun Qunin qəsəbəsində yaşayış evlərinə hava zərbələri endirib.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail ordusu qəsəbədə mülki əhaliyə məxsus evləri hədəfə alıb. Agentliyin bölgədəki müxbiri hücumların yaşayış məntəqələrini əhatə etdiyini bildirib.

Məlumata görə, bu cür hücumlar bölgə sakinlərinin öz evlərinə qayıtmasının qarşısını almağa yönəlmiş taktika kimi qiymətləndirilir.

Bildirilib ki, İsrail martın 2-də Livanın cənubuna hava hücumlarına və quru əməliyyatlarına başladıqdan sonra 1,6 milyondan çox insan məcburi köçkünə çevrilib. Son aylarda yüz minlərlə insan doğma yaşayış məntəqələrinə qayıtmağa cəhd göstərsə də, davam edən hücumlar bu prosesi çətinləşdirir.

Mövzuya görə xəbərlər