Son dəqiqə

Milli Təhlükəsizlik Şurası Qəzza Birləşmiş Millətlər Təşkilatı Qəzzanın İdarə olunması üzrə Milli Komitə Mülki Müdafiə Xidməti

Qəzzanın İdarə Olunması üzrə Milli Komitə vəzifələrini icra etməyə hazır olduğunu açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzzanın İdarə Olunması üzrə Milli Komitə fəaliyyətə başlamaq üçün tam hazır olduğunu və zəruri şərait yaradılacağı təqdirdə üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bəyan edib.

TurkicWorld xəbər verir ki, komitənin sədri Əli Şaat bildirib ki, qurum fəaliyyət üçün tələb olunan imkanlar təmin edildikdən sonra milli məsuliyyətlərini tam şəkildə icra etməyə hazırdır.

Məlumata görə, Qəzzanın İdarə Olunması üzrə Milli Komitə müharibədən sonrakı dövrdə Qəzza zolağında gündəlik mülki xidmətlərin və inzibati idarəetmənin həyata keçirilməsi üçün yaradılmış müvəqqəti idarəetmə qurumudur. Komitə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsi əsasında fəaliyyət göstərir və Qəzza Sülh Şurası tərəfindən təyin olunur.

Əli Şaatın açıqlaması Qəzzada fəaliyyət göstərən Fövqəladə Hallar Komitəsinin öz fəaliyyətinə xitam verəcəyini və idarəetməni Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə təhvil verəcəyini bəyan etməsindən sonra səsləndirilib.

Mövzuya görə xəbərlər