Son dəqiqə

Indoneziya Sinqapur Prabovo Subiantoya Hörmüz boğazı Malakka boğazı Lorens Vonq

İndoneziya və Sinqapur Malakka boğazının açıq qalacağını bəyan edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İndoneziya və Sinqapur Malakka boğazının bütün ölkələr üçün təhlükəsiz, açıq və maneəsiz dəniz yolu olaraq qalacağını bəyan ediblər.

TurkicWorld xəbər verir ki, İndoneziya Prezidenti Prabovo Subianto Cakartada Lorens Vonq ilə keçirdiyi görüşdən sonra bildirib ki, hər iki ölkə Malakka boğazının sərbəst gəmiçilik marşrutu kimi qorunmasında maraqlıdır. Onun sözlərinə görə, bu istiqamətdə Malayziya və Tailand ilə koordinasiya davam etdiriləcək.

Lorens Vonq isə qeyd edib ki, Sinqapur və İndoneziya Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına uyğun olaraq dənizdə sərbəst hərəkət prinsipinə sadiqdir.

Bu açıqlama İranın Çindəki səfirinin Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınacağını bildirməsindən sonra səsləndirilib. Səfir dost ölkələrin bu məsələdə xüsusi güzəştlərdən yararlana biləcəyini qeyd edib. Hörmüz boğazı vasitəsilə dünya üzrə ixrac olunan xam neftin və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi daşınır.

Mövzuya görə xəbərlər