BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsraildə prokurorluq Tacikistan vətəndaşı olan 33 yaşlı şəxsə qarşı İrana casusluq etmək ittihamı ilə cinayət işi açıb.
TurkicWorld xəbər verir ki, yerli mətbuatın məlumatına görə, İsraildə etibarlı yaşayış icazəsi olmadan qalan həmin şəxs ötən il İranla müharibə zamanı raketlərin düşdüyü məntəqələr barədə Telegram vasitəsilə məlumat ötürməkdə ittiham edilir.
İttiham aktında bildirilir ki, o, həmçinin hərbi və strateji əhəmiyyət daşıyan obyektlərin, o cümlədən Hayfa limanının və Elbit Systems müəssisəsinin görüntülərini göndərməkdə təqsirləndirilir.
İsrail tərəfi iddia edir ki, həmin məlumat və görüntülər ölkənin milli təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyıb. Hadisə ilə bağlı məhkəmə araşdırmasının davam etdiyi bildirilir.







