Son dəqiqə

İsrail hücum Qəzza Xan-Yunis Fələstinlilər Qəzza şəhəri əl-Məvasi

Qəzzada İsrail hücumları davam edir - Azı altı nəfər ölüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində azı altı fələstinli həlak olub, 20-dən çox nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, son hücumlar Qəzza zolağının müxtəlif bölgələrini əhatə edib. Tibbi mənbələrin məlumatına görə, Xan Yunisdə Ər-Rəşid küçəsində hərəkətdə olan avtomobilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində azı iki nəfər həyatını itirib.

Nasir Xəstəxanasındakı mənbənin bildirdiyinə görə, Xan Yunis yaxınlığındakı Əl-Məvasi bölgəsində məcburi köçkünlərin qaldığı çadıra edilən hücum zamanı daha iki nəfər ölüb.

Əş-Şifa Xəstəxanasındakı mənbənin məlumatına əsasən, Qəzza şəhərində yerləşən mənzilə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində evli cütlük həlak olub.

Məlumata görə, son hücumlar İsrailin Qəzzaya tətbiq etdiyi məhdudiyyətlərin daha da sərtləşdirildiyi və tibbi ləvazimat çatışmazlığının dərinləşdiyi bir vaxta təsadüf edir.

Mövzuya görə xəbərlər