BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ilə İran arasında davam edən danışıqlarla bağlı qeyri-müəyyənlik ABŞ fond bazarında əsas indekslərin enişinə səbəb olub.
TurkicWorld xəbər verir ki, ticarətin açılışında Dow Jones sənaye indeksi 88 bənd və ya 0,17 faiz azalaraq 52 231,18 bəndə enib.
S&P 500 indeksi isə 20,5 bənd və ya 0,27 faiz geriləyərək 7 478,84 bənd səviyyəsində qərarlaşıb.
Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi ən böyük enişi nümayiş etdirib. İndeks 174,2 bənd və ya 0,66 faiz azalaraq 26 039,507 bəndə düşüb.
Analitiklər bazarlardakı ehtiyatlı əhval-ruhiyyəni Vaşinqton və Tehran arasında danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənliyin davam etməsi ilə əlaqələndirirlər.







