Son dəqiqə

Fransa Emmanuel Makron Oman Hörmüz boğazı Heysəm bin Tariq Al Səid minaların təmizlənməsi

Fransa və Oman Hörmüz boğazında minaların təmizlənməsi üçün əməkdaşlıq edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron Oman Sultanı Heysəm bin Tariq Al Səid ilə keçirdiyi görüşdən sonra Hörmüz boğazında təhlükəsizliyin təmin olunması istiqamətində yeni əməkdaşlıq qərarının qəbul edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Emmanuel Makron sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Fransa və Omanın tərəfdaşları ilə birlikdə Hörmüz boğazında minaların təmizlənməsi üzrə fəaliyyət göstərəcəyini bildirib.

Onun sözlərinə görə, məqsəd dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyini təmin etmək və Hörmüz boğazından sərbəst, maneəsiz keçidi qorumaqdır.

Makron qeyd edib ki, tərəflər bölgədə gərginliyin azaldılması istiqamətində də birgə səylər göstərəcəklər.

Fransa Prezidenti bu əməkdaşlığın beynəlxalq dəniz ticarətinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Mövzuya görə xəbərlər