Son dəqiqə

İran ABŞ Yaxın Şərq Hörmüz boğazı Beynəlxalq ticarət Gəmi hərəkəti yük gəmiləri

ABŞ-İran gərginliyi Hörmüz boğazında gəmi hərəkətini kəskin azaltdı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ilə İran arasında həftəsonu baş verən qarşılıqlı zərbələr və Hörmüz boğazından keçən ticarət gəmisinə edilən hücum bölgədə dəniz daşımalarına ciddi təsir göstərib.

TurkicWorld xəbər verir ki, dəniz daşımalarının izlənilməsi ilə məşğul olan şirkətin məlumatına görə, şənbə günü Hörmüz boğazından 29, bazar günü isə cəmi 12 yük gəmisi keçib. Bu göstərici ötən həftə qeydə alınan səviyyədən xeyli aşağıdır.

Məlumata əsasən, ötən həftə Tehran və Vaşinqton arasında əldə olunmuş ilkin anlaşma memorandumu boğazda gəmi hərəkətini sürətləndirmişdi. Çərşənbə günü Hörmüz boğazından 70 yük gəmisinin keçməsi münaqişə başlayandan bəri ən yüksək göstərici kimi qeydə alınmışdı.

İran yalnız təsdiqlənmiş marşrutlardan istifadə olunması barədə xəbərdarlıq etsə də, gəmilər həftəsonu müxtəlif marşrutlardan hərəkəti davam etdiriblər.

Şənbə günü səhər saatlarında bir yük gəmisinə hücum edildikdən sonra bəzi gəmilər bir neçə saat ərzində Oman sularından keçən cənub dəhlizindən istifadə ediblər. Lakin daha sonra boğazda gəmi hərəkətinin nəzərəçarpacaq dərəcədə zəiflədiyi müşahidə olunub.

Qeyd edilir ki, istifadə olunan izləmə sistemi yalnız ötürücü qurğuları aktiv olan gəmiləri qeydə alır. Buna görə də siqnallarını söndürərək hərəkət edən digər tankerlərin də boğazdan keçməsi istisna edilmir.

Mövzuya görə xəbərlər