BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trump neft qiymətlərinin azalmasını öz nailiyyəti kimi təqdim edib və bunu İranla imzalanan müvəqqəti sazişə bağlayıb.
TurkicWorld xəbər verir ki, Trump sosial şəbəkədə yazıb: “Bu, İranın nüvə silahlarından imtina prosesinə başlamazdan əvvəlki qiymətlərdən aşağıdır.” Daha sonra əlavə edib: “Benzin qiymətləri sürətlə düşür.”
Prezident həmçinin özünün populyarlıq reytinqinin artdığını qeyd edib: “Ən yüksək sorğu göstəriciləri.”
Bu gün Brent nefti bir barrel üçün 73 ABŞ dolları, ABŞ-ın Qərbi Texas Intermediate (WTI) nefti isə 69 dollar səviyyəsində ticarət olunur. Bu, ABŞ-İsrailin İranla müharibəyə başlamazdan əvvəlki səviyyələrdən təxminən 15 faiz aşağıdır.







