BAKI,TurkicWorld,Yusif Şərifzadə
Ukrayna Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra bu ölkənin xalqı ilə həmrəy olduğunu açıqlayıb.
TurkicWorld xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa zəlzələ qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib.
Nazir bildirib ki, yaralanan şəxslərin tezliklə sağalmasını arzulayır və hadisə bölgəsində gecə-gündüz çalışan xilasedicilərə güc və dözüm diləyir.
Andrey Sibiqa qeyd edib ki, Ukrayna bu faciədən zərər çəkən bütün icmaların ən qısa zamanda bərpa olunacağına inanır. O, Venesuela xalqına müraciət edərək bu ağır günlərdə möhkəm olmalarını arzulayıb.







