BAKI,TurkicWorld,Yusif Şərifzadə
Almaniya Venesuelada baş verən zəlzələdən sonra humanitar yardım məqsədilə hərbi nəqliyyat təyyarələri göndərməyə hazır olduğunu açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bəyanat verib.
Nazir bildirib ki, Almaniya Silahlı Qüvvələri zərurət yaranacağı halda altı ədəd A400M tipli nəqliyyat təyyarəsini qısa müddətdə hazır vəziyyətə gətirə bilər.
Onun sözlərinə görə, bu təyyarələr xilasetmə qruplarının və avadanlıqların Venesuelaya çatdırılması, həmçinin ölkə daxilində əməliyyatların dəstəklənməsi üçün istifadə oluna bilər.
Almaniya tərəfi qeyd edib ki, ekipajlar artıq hazırlıq vəziyyətinə gətirilib.
Rəsmilər ölən və yaralananların sayının artmasının ehtimal olunduğunu bildiriblər.







