Son dəqiqə

İran Pakistan Şahbaz Şərif Yaxın Şərq Məsud Pezeşkian atəşkəs Diplomatiya Vasitəçilik

Pakistan: Davamlı sülh əldə olunana qədər vasitəçilik rolunu davam etdirəcəyik

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin İran–ABŞ danışıqlarında vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə o, İslamabadda İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb.

Şərif İranın ABŞ ilə əldə etdiyi memorandum və atəşkəsdəki rolunu yüksək qiymətləndirib.

O, İran rəhbərliyinə, xüsusilə Ali Rəhbər Ayətullah Müctəba Xameneiyə salamlarını çatdırmağı xahiş edib və əldə olunan razılaşmanı “şərəfli və ləyaqətli atəşkəs” kimi xarakterizə edib.

Pakistan Baş naziri bildirib ki, ölkəsi bölgədə davamlı sülh əldə olunana qədər vasitəçilik missiyasını davam etdirmək istəyir.

Mövzuya görə xəbərlər